Hürr Logistika
Yük daşımada premium level
Hava yolu daşınmaları
Hava yolu ilə yükdaşımalarda etibarlı və yüksək sürətli logistika həlləri təqdim edirik. Beynəlxalq partnyorlarımızla əməkdaşlıq edərək, təcili və dəyərli yüklərin qısa müddətdə ünvana çatdırılmasını təmin edirik.
Dəniz yolu daşınmaları
Həcmli və uzaq məsafəli yüklərin daşınması üçün dəniz yolu logistikası ən sərfəli və davamlı həllərdən biridir. Dünya üzrə əsas limanlarla əməkdaşlıq edərək, yükdaşımalarınızın etibarlı şəkildə idarə olunmasını təmin edirik
Quru yolu daşınmaları
Müxtəlif yük növləri üçün uyğun nəqliyyat vasitələri ilə yüklərinizi təhlükəsiz və operativ şəkildə çatdırırıq. Tam (FTL) və qismən (LTL) daşımalar sayəsində həm sərfəli, həm də çevik logistika həlləri təklif edirik.
Haqqımızda
HURR LOGİSTİCS MMC şirkəti yerli təsisçilər tərəfindən 2025-ci ildə qurulmuşdur.
Qlobal daşıma xidmətləri göstərən şirkətimiz dəniz sənayesində neft və qaz, enerji və polad daşımalarına üstünlük verməklə tələb olunan sənaye standartlarına yüksək şəkildə cavab verir. Dünyanın 20-dən çox ölkəsində, o cümlədən Avropa və Asiya ölkələrində anbarların mövcudluğu dəniz, hava, quru və dəmir yolu vasitəsiylə daşımalarda funksionallıq yaradır.
Böyüməkdə olan logistika şəbəkəsi, müəssisələri və yüksək ixtisaslı peşəkar heyəti ilə biznesiniz üçün geniş sayda həll yolları təqdim edir.
Uğurlu fəaliyyətimizin əsas məqsədi keyfiyyətli və təhlükəsiz şəkildə müştərilərimizə xidmət etməkdir

Üstünlüklərimiz
Müştəri məmnuniyyəti və yüksək xidmət bizim əsas prioritetimizdir. Bu dəyərlərə sadiq qalaraq, daim yenilənir, əməliyyat proseslərimizi təkmilləşdirir və müasir tələblərə cavab verən etibarlı və innovativ logistika həlləri təqdim edirik
Sürətli və etibarlı çatdırılma
Yükləriniz vaxtında və tam təhlükəsizliklə təyinat nöqtəsinə çatdırılır.
24/7 operativ xidmət
İstənilən vaxt sual və ehtiyaclarınıza dərhal cavab veririk.
Geniş xidmət əhatəsi
Qlobal tərəfdaşlarımızla birlikdə dünyanın istənilən nöqtəsinə etibarlı çatdırılma təmin edirik.
Minimal daşıma məbləği
Yüklərinizə hər zaman ən rəqabətli qiymət təklifi.
LTL və FTL daşınma
Tam və qismən yükləriniz üçün çevik və optimallaşdırılmış həllər təqdim edirik.
