3 növ daşıma xidməti

Hava yolu ilə daşıma
Hava yolu ilə daşınma xüsusilə təcili göndərişlər və vaxt baxımından kritik yüklər üçün ideal seçimdir. Hava nəqliyyatı quru və dəniz nəqliyyatından daha sürətlidir. Bu, müəssisələrə sürətli çatdırılma təmin etməyə və rəqabət üstünlüyü əldə etməyə imkan verir.
Hava yolu ilə yükdaşıma xidmətlərimiz aşağıdakılardır:
- Qapıdan-qapıya çatdırılma xidməti;
- Planlaşdırılmış gediş vaxtlarına uyğun rezervasiyanın təşkili;
- Anbar xidmətləri;
- İzləmə və nəzarət xidmətləri;
- İxrac/İdxal əməliyyatlarında gömrük icazələrinin yenilənməsi;
- Yük sığortası əməliyyatları;
- Nəqliyyatın icarəsi;
- Helikopter daşımaları;
- X-Ray karqo xidməti;
- Qablaşdırma xidməti.

Dəniz yolu ilə daşıma
Biz dünyanın dəniz və okeana çıxışı olan istənilən ölkəsindən yüklərin konteyner və bulk gəmilər vasitəsilə daşımasını həyata keçiririk. Çoxşaxəli nəqliyyat operatorunuz olaraq sizə yüksək keyfiyyətdə daşıma və ekspeditor xidməti göstəririk. Əsas nəqliyyat xətləri vasitəsilə tranzit vaxtlarını və daşıma sürətini təyin edərək yükünüzün sürətli çatdırılmasını təmin edirik.
Dəniz yolu ilə yükdaşıma xidmətlərimizə daxildir:
- Ənənəvi dəniz daşımaları;
- Beynəlxalq RoRo daşıma xidməti;
- FCL/LCL xidməti;
- Ağırçəkili və böyük ölçülü yüklərin daşınması;
- Yükləmə xidməti.

Quru yolu ilə daşıma
Quru yolu ilə daşıma dünyada və ölkəmizdə əvəzolunmaz xidmət sahəsidir. HURR LOGISTICS MMC olaraq Quru yolu ilə Avropa və Asiyadan ölkəmizə yüklərin daşınmasını həyata keçiririk. Bütün yük avtomobillərimiz GPS cihazı ilə təchiz olunmuşdur. Siz istənilən vaxt yükünüzün harda olduğunu öyrənə bilərsiniz. Həmçinin yüklərə lazım olan temperaturun təmin edilməsi məqsədilə avtomobillərdə soyuducu mövcuddur. Yanıcı maddələrin daşınması üçün ADR sertifikatlı maşınlardan istifadə etməklə təhlükəli yükləri heç bir zərər görmədən təyinat məntəqələrinə çatdırırq.
Quru yolu ilə daşınma xidmətlərimizə daxildir:
- Tam və yarım nəqliyyat şəbəkəsi;
- Ağırçəkili və fərqli yüklər;
- Polad daşımaları.
